Növbəti tədbirlər Aran iqtisadi rayonunda baş tutub

Növbəti tədbirlər Aran iqtisadi rayonunda baş tutub

"Yerli" Proqramı çərçivəsində növbəti maarifləndirmə tədbirləri Aran rayonlarını əhatə edib. SİA-nın məlumatına görə, 11-12 noyabr 2016-cı il tarixlərində keçirilən tədbirlər Ağdaş, Yevlax, Kürdəmir, Ucar və Göyçay rayonlarında Hakimiyyətləri və Gənclər və İdman İdarələrinin dəstəyi ilə keçirilib.

"Yerli" Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

Ağdaş və Yevlax rayonlarında təşkil olunan "Regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi" adlı layihədə ARGTMŞ-ın üzvü olan "İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib. Tədbir Könüllülük ideyasının gənclər arasında təşviq olunması, könüllülərin formalaşdırılması, gənclərdə könüllülük işinə maraq yaratmaq, könüllü təşəbbüslərin üzə çıxarılması, könüllülər qrupunun formalaşdırılması məqsədilə keçirilib. Təlimlər Yevlax rayonunun Xaldan kəndində və Ağdaş rayonunun Kükəl kəndlərində 84 gəncin iştirakı baş tutub.

Ucar, Kürdəmir və Göyçay rayonlarında "Sahibkarlıq və biznes" mövzusunda keçirilən təlimlər 100 gənci əhatə edib. Təlim zamanı gənclərə mövzü ətrafında məqsədin təyin olunması, motivasiya və özünəinam, biznes ideyasının yaradılması və planı, biznes işində başlanğıc mövzularda ətraflı məlumat verilib. Gənclər komandalara bölünərək əldə etdikləri biliklər əsasında müzakirələrə qoşulublar. Tədbirin sonunda kənd gənclərinin təltif olunma mərasimi baş tutub.

Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan: 2020 Gələcəyə Baxış" İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası"nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramı start verib.

Bütün xəbərlər Facebook səhifəmizdə