Obama FTB direktorunu müdafiə etdi KLİNTON MƏSƏLƏSİNDƏ

Obama FTB direktorunu müdafiə etdi KLİNTON MƏSƏLƏSİNDƏ

ABŞ-ın prezidenti Barak Obama Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klintonun dövlət katibi işlədiyi dövrlərdə şəxsi elektron poçtu vasitəsilə dövlət yazışmaları apardığına görə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Kominin yenidən istintaq araşdırmalarının aparılması üçün Konqresə məktub ünvanlanmasını prezident seçkilərinə təsir etmək marağı kimi qəbul etmədiyini deyib. SİA-nın məlumatına görə, Obama MSNBC telekanalına verdiyi müsahibəsində bu fikirlərini açıqlayıb. "Mən inamıram ki, o (Komi-red.) seçkilərin nəticələrinə təsir etməyə çalışıb"-deyə ABŞ prezidenti bildirib. Bununla yanaşı, prezident Ceyms Komunu "yaxşı insan" da adlnadırıb.

Yeri gəlmişkən, FTB Hillari Klintonun şəxsi köməkçisinin ərinin noutbukunda ciddi araşdırmalar aparıb və orada cinayət kimi qiymətləndirilə biləcək elektron yazışmaların olmadığını rəsmi şəkildə bəyan edib.

"Apardığıımız analizlərin nəticələrinə görə, biz Hillari Klintonla bağlı iyul ayında gəldiyimiz qənaətləri qüvvədə saxlayırıq"-deyə Kominin Konqresə ünvanladığı məktubunda bildirilir. Onun sözlərinə görə, təmsil etdiyi idarə elektron yazıları araşdırıb və belə qənaət gəlinib ki, yeni məktublar daha öncəkilərin dublikatlarıdır, o cümlədən, şəxsi xarakter daşıyıb.

Xatırladaq ki, Klintonla bağlı araşdırma iyul ayında saxlanılmışdı. Lakin oktyabrın 28-dən etibarən FTB yenidən araşdırmalara başlayıb və elektron məktublarda yeni şübhələrin olduğunu sanıb. Bu səbəbdən, Klintonun köməkçisinin ərinin fərdi kompüteri araışdırılması üçün FTB-yə aparılıb. Nəticədə bu faktor Klintonun seçkiöncəsi təbliğatına və reytinqinə kəskin mənfi təsirlərini göstərib. Üstəlik, Respublikaçıların namizədi Donald Tramp və tərəfdarları bu faktordan kifayət qədər öz xeyirlərinə faydalanmağı bacarıblar. Hətta Tramp Klintonu 1 faiz səslə üstələyə bilib.

Bu arada Klintonun seçki qərargahının rəhbəri Cenifer Palmeri açıqlama verərək deyib ki, "Biz bu məsələnin öz həllinik tapmasından sevinirik".

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri sabah – noyabrın 8-də keçiriləcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə