Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilməlidir. SİA erməni mətbuatına istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Belçika parlamentinin sədri Kristin Cefren deyib. O bildirib ki, yalnız sülh yolu ilə həll prosesi cəbhədə yaşayan insanların iztirablarına son qoya bilər: "Bizim, Avropanın qapıları danışıqlar üçün hər zaman açıqdır".
Belçika parlamentinin spikeri erməni həmkarı Qalust Saakyanla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB