Tramp qələbəyə doğru gedir Washington Post

Tramp qələbəyə doğru gedir Washington Post

Respublikaçılar partiyasından prezindetliyə namizəd Donald Tramp noyabr seçkilərinə qələbəyə doğru gedir. Bu fikr Washington Post qəzetində tanınmış amerikalı tarixçi və politoloq, Amerika universitetinin professoru Alan Lixtman tərəfindən məqaləsində qeyd olunub.

Qeyd olunur ki, o ictimaiyyət qarşısında ilk dəfə bir ay öncə bənzər proqnozla çıxış edib və baxmayaraq ki, ötən həftə ABŞ mətbuatı və müşahidəçilər respublikaçı namizəd haqqında uğursuz rəylər veriliblər, professor hazırkı məqamda da öz fikirlərində qalmaqdadır.

"Şəxsi düışüncəmdir ki, hətta ən minimal üstünlüklə olsa belə, Tramp qələbə qazanacaq"-deyə qeyd edən Lixtman bildirib.

Washington Post onu da qeyd edir ki, siyasi pronqozçuluq üzrə ixtisaslaşmış amerikalı professor 1984-cü ildən bəri ABŞ-da baş tutmuş president seçkilərini müşahidə edib və onun proqnozları hər dəfə doğru çıxıb. Bu dəfə isə Lixtman deyib ki, mövcud vəziyyət anidən dəyişə bilər.

Bu arada seçicilər arasında aparılan sorğulardan bəlli olub ki, Klinton liderliyini qoruyub-saxlayır, lakin Tramp son bir neçə gündə ona çatır və hətta rəqibini keçmək ehtimalı da yaranıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə