Penitensiar xidmət və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən imzalanmış tədbirlər planına əsasən respublikamızda qeyd olunan "Uşaq hüquqları aylığı" çərçivəsində 26 oktyabr 2016-cı il tarixdə Tərbiyə müəssisəsində saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin asudə vaxtının səmərəli təşkili, idmana maraqlarının artırılması, onlarda fiziki inkişafın və sağlam həyat tərzinin formalaşması mövzusunda mədəni-kütləvi tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbirin rəsmi hissəsi bitdikdən sonra azyaşlı məhkumlar arasında stolüstü tennis yarışı keçirilmişdir. Yarışın qaliblərinə diplom və hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB