Əli Hə­sə­no­vun Tür­ki­yə sə­fə­ri ölkələrimiz ara­sın­da mövcud olan stra­te­ji dostlu­ğun tə­za­hü­rü­dür SİYASİ BAXIŞ

Əli Hə­sə­no­vun Tür­ki­yə sə­fə­ri ölkələrimiz ara­sın­da mövcud olan stra­te­ji dostlu­ğun tə­za­hü­rü­dür SİYASİ BAXIŞ

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı və əhəmiyyətli strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.

Qarşıda olan perspektivlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə mühüm müzakirələr aparılıb

Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyə Respublikasında səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qardaş ölkədə səfərdə olub və orada bir sıra görüşlər keçirib. Belə ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Ke­çi­ri­lən gö­rüş­lə­rin öl­kə­lə­ri­miz üçün bir sıra səmərələri də mövcuddur

Təbii ki, Əli Hə­sə­no­vun sə­fə­ri çər­çi­və­sin­də iki qardaş öl­kə ara­sın­da stra­te­ji əmək­daş­lı­ğın ge­niş­lən­mə­si is­ti­qa­mə­tin­də ke­çi­ri­lən gö­rüş­lə­rin öl­kə­lə­ri­miz üçün bir sıra səmərələri də mövcuddur. Bu baxımdan, Əli Hə­sə­no­vun Tür­ki­yə sə­fə­ri Azər­bay­can döv­lə­ti ilə Tür­ki­yə ara­sın­da uzun il­lər da­vam edən stra­te­ji dostlu­ğun, qar­daş­lı­ğın tə­za­hü­rü­dür.

O da sirr deyil ki, son zamanlar re­gi­on­da baş ve­rən pro­ses­lə­rdən Türkiyəyə də müəyyən təsirlər olub. Xüsusilə, qardaş ölkə 15 iyul hərbi çevrilişinə cəhd zamanı və ondan sonra ciddi sınaqlardan keçdi. Fə­tul­lah Gü­lənin rəhbəri olduğu FETÖ ilə bağ­lı Tür­ki­yə­nin ya­şan­tı­la­rı, onun Azər­bay­can­la bağ­lı tə­rəf­lə­ri bu dövr ər­zin­də iki öl­kə­nin si­ya­si eli­ta­sı və hö­ku­mət təm­sil­çi­lə­ri ara­sın­da ge­niş mü­za­ki­rə pred­me­ti olub. Bu isə belə anlaşıla bilər ki, Əli Həsənovun səfərində mü­za­ki­rə üçün digər əhəmiyyətli mövzularla yanaşı, bu kimi mü­hüm mə­sə­lə­ də xüsusi yer tutub. Cənab Əli Hə­sə­no­vun gö­rüş ke­çir­di­yi şəxslə­rin əha­tə­si onu gös­tə­rir ki, iki öl­kə ara­sın­da­kı stra­te­ji əmək­daş­lı­q yüksələn xəttlə inkişaf etməkdədir.

Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb və bu mövcudluq daimidir

Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir.

Həmçinin qeyd etmək yerinə düşərdi ki, Türkiyə dövləti də beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri daim müdafiə edib, dəstəkləyib. Ümumiyyətlə, bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb və bu mövcudluq daimidir. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə