Yavər Camalov Pakistana səfər edəcək

Yavər Camalov Pakistana səfər edəcək

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Pakistana rəsmi səfər edəcək. SİA-nın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mubashar Əhməd Tahir deyib.

O bildirib ki, səfər noyabrın ikinci yarısında baş tutacaq. Səfər zamanı Y.Camalov bir sıra rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə iki ölkə arasında əməkdaşlıq müzakirə olunacaq. Həmçinin, nazir Kəraçidə keçiriləcək hərbi sərgidə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə