"İşğal olunmuş torpaqlar Azərbaycana qaytarılmalıdır". SİA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik mətbuat konfransında deyib.
Onun sözlərinə görə, geniş razılaşdırılmış sülhün çoxsaylı elementləri var: "Digər məsələ isə Dağlıq Qarabağın statusu məsələsidir. Eyni zamanda məcburi köçkün və qaçqınların öz torpaqlarına qaytarılması, ərazilərdə sülhməramlıların yerləşdirilməsi də danışıqlar elementinə daxildir. Bunlar həmişə müzakirə predmeti olacaq. Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi məsələsi məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər".
Uorlik əlavə edib ki, bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tapılsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB