"Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub" Xələf Xələfov

"Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub" Xələf Xələfov

"Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən Azərbaycan insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirə bilmir". SİA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrədə, BMT-nin İnsan Hüquqları Komitəsinin 118-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın icrası üzrə 4-cü dövrü hesabatı üzrə hesabatının təqdim olunduğu iclasda çıxışı zamanı deyib. O bildirib ki, Ermənstan 20 ildən artıqdır ki, işğalı davam etdirir: "Bu, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deməkdir".

X.Xələfov xatırladıb ki, işğal və etnik təmizləmə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və onlar əsas insan hüquq və azadlıqları pozulub: "Ermənistan kobud şəkildə beynəlxalq humanitar hüququ pozub, hərbi cinayətlər törədiblər. Xocalı soyqırımı baş verib".

XİN rəsmisi əlavə edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə ölkəmizin suverenliyi, ərazi bütövlüyü həllinin tərəfdarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə