Mütəllim Rəhimli: “Leyla Yunusun hərəkətlərini pisləyirəm” ETİRAZ

Mütəllim Rəhimli: “Leyla Yunusun hərəkətlərini pisləyirəm” ETİRAZ

"Son vaxtlar Azərbaycanda siyasi məhbus məsələsindən bəzi müxalif qüvvələr manupulayasiya etməyə çalışırlar. "Siyasi məhbus" şousunun gündəmə gəlməsində bəzi xarici qüvvələrin maraqları var ki, daimi olaraq, bu məsələni gündəmdə saxlamağa çalışırlar". Bu fikirləri SİA-ya Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli Leyla Yunusun Tale Bağırzadəyə dəstək məktubu göndərməsinə və qızışdırıcılıq mövqeyi sərgiləməsi istiqamətindəki çağırışlarına münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, bundan radikal müxalifət də öz məqsədləri üçün istifadə edir: "Demək olar ki, belə məsələləri şişirtməklə bir növ radikal müxalif qüvvələr özlərini xaricdə olan bəzi qüvvələrə reklam edirlər. Leyla Yunusun separatçılığı dəstəkləməsi, pozuculuğa xidmət edən bəyanatlar verməsi özünün şəxsi məsələləri üçün istifadəyə hesablanıb. Düşünürəm ki, Azərbaycanın daxili bir problemini şişirdilmiş şəkildə maraqlı qüvvələrin nəzərinə çatdırılmasına cəhdlər göstərilməsi yolverilməzdir".

"Əgər nə isə bir problem varsa, biz bunu öz aramızda həll edə bilərik" -deyə bildirən Ədalət partiyasının sədr müavini həmçinin qeyd edib ki, hər hansı bir məsələni beynəlxalq aləmdə müzakirə mövzusuna çıxarmaq cəhdi istər-istəməz həmin qüvvələrin və Azərbaycanın uğurlarından narahat olan tərəflərin bundan öz maraqları üçün istifadə etməyə çalışacaqlarına səbəb olacaq: "Bu baxımdan, Leyla Yunusun hərəkətlərini Azərbaycanı istəməyən qüvvələrlə əməkdaşlıq kimi qiymətləndirir və pisləyirəm".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə