Türkiyənin yeni səfiri bu gün Bakıya gəlir

Türkiyənin yeni səfiri bu gün Bakıya gəlir

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Erkan Özoral bu gün axşam Bakıya gəlir. Bu barədə SİA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Diplomat etimadnaməsini Azərbaycan rəhbərliyinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq. E.Özoral bu vəzifədə səlahiyyət müddəti başa çatmış İsmayıl Alper Coşqunu əvəz edəcək.

Qeyd edək ki, E.Özoral bundan əvvəl Türkiyə XİN-in baş direktor müavini vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə