"Avropa özünü miqrant axınından qorumağa başlayıb" RƏY

"Avropa özünü miqrant axınından qorumağa başlayıb" RƏY

"Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra aktual məsələlərlə yanaşı miqrant probleminə də toxundu. Dövlət başçısının miqrant böhranı ilə bağlı səsləndirdiyi fikirlər tamamilə həqiqətdir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Avropa miqrantlara qarşı münasibətdə bir növ irqçi münasibət sərgiləyir: "Əvvəllər miqrantları qəbul edəcəkləri haqqında verilən vədlər indi yerinə yetirilmir. Bu səbəbdən də Avropa demək olar ki, miqrantları qəbul etməmək barədə qərar verib".

Politoloq bildirib ki, Avropa öz sərhədlərini qorumaq üçün hətta Türkiyə ilə olan sərhədlərdə 1500-dən artıq hərtərəfli təmin edilmiş əsgərlər və hərbi xidmətçilər yerləşdirib: "Onlar Türkiyə ərazisindən Avropa ölkələrinə keçən miqrantların qarşısını almalıdırlar. Üstəlik sərhədlərin hamısında böyük tel hörgülər çəkilib və onların da açılması çox çətindir. Dəniz sərhəd məntəqləri boyunca da gəmilər ciddi nəzarət edir. Və bunun nəticəsində əvvəllər dəniz yolu ilə Avropaya keçən miqrantlar tutularaq sahil zonasında saxlanılır və sonradan öz ölkələrinə, yaxud da başqa düşərgələrə göndərilirlər. Yəni demək olar ki, Avropa son dövrlərdə özünü tamamilə miqrant axınından qorumağa başlayıb və bu da dünyada insanların sərbəst yerdəyişməsi haqqında Avropa dövlətlərinin öz üzərlərinə götürdükləri öhdəliklərin mahiyyətinə ziddir".

Bütün xəbərlər Facebook səhifəmizdə