Tahir Mirkişili: "Biz Ermənistanın uğursuzluğa düçar olduğunu müşahidə edirik”
"Biz Ermənistanın bir dövlət kimi uğursuzluğa düçar olduğunu müşahidə edirik". SİA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən 1-ci sessiyasında Milli Məclisin deputatı, ATƏT PA-nın üzvü Tahir Mirkişili çıxışı zamanı deyib.
Tahir Mirkişili bildirib ki, öz qonşularına qarşı işğalçı siyasət yürüdən, onlara əsassız olara ərazi iddiasında bulunan bir dövlət inkişaf edə bilməz və uğursuzluğa məhkumdur.
Deputat həmçinin beynəlxalq təşkilatların, xüsusilə də Azərbaycan ərazilərindən Ermənistanın işğalçı qoşunlarının çıxarılmasını özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığını bir daha iştirakçıların diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB