AŞPA-da Azərbaycanın Avropa Məhkəməsindəki hakimi məsələsinə baxılacaq

AŞPA-da Azərbaycanın Avropa Məhkəməsindəki hakimi məsələsinə baxılacaq

Sentyabrın 29-30-da Parisdə AŞPA-nın Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsinin iclası keçiriləcək.

SİA AŞPA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan tərəfindən təqdim edilən 3 hakimin namizədliyi məsələsinə baxılacaq.

Azərbaycan hökuməti adından Avropa Şurasındakı səfir Emin Eyyubovun AŞPA-nın baş katibi Voyçex Saviçskiyə hakim namizədlərin siyahısını təqdim edib. Siyahıda Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun adları var.

Qeyd edək ki, AŞPA-nın 10-14 oktyabr tarixlərində keçiriləcək payız sessiyasında məsələ ilə bağlı yekun qərarın verilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə