Astaralı seçicilər konstitusiya islahatlarını dəstəkləyir FOTOLAR
Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Astara rayonu Kakalos kəndində seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq bildirib ki, 26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə Referendum-ümumxalq səsverməsi keçiriləcək: "Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlar qazanılır, demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparılır, ölkəmizin dünya miqyasında günü-gündən nüfuzu artır, regionlar sürətlə inkişaf edir, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir. Məhz bu baxımdan Konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Bu həm zərurət, həm də zamanın tələbidir. Ona görə də inamla deyə bilərik ki, Astara seçiciləri də birmənalı olaraq bu mühüm siyasi kampaniyada aktivlik nümayiş etdirərək, seçki günü dəyişikliklərə səs verəcək".
Görüşdə "Yeni Azərbauycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verib. O, Azərbaycan Konstitusiyasının 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını və dövr dəyişdikcə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətinin meydana gəldiyini diqqətə çatdırıb: "Dünyada siyasi –iqtisadi proseslər o qədər sürətlə dəyişir ki, dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir. Bu dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar".
Tədbirdə çıxış edən kənd sakinləri Paşa Ələkbərov, İlqar Ələskərov, İqbal Rzayev sentyabrın 26-da seçki məntəqələrinə gedərək bunu bir daha nümayiş etdirəcəklərini və Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB