ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanına qarşı qəbul edilməsini əks etdirən qətnamə layihəsinə veto qoyub. SİA "bbc"-yə istinadən xəbər verir ki, qətnamə lahiyəsində göstərilirdiyinə görə, 11 sentyabr 2001-ci ildə baş vermiş terror aksiyası zamanı həlak olmuş amerikalıların ailələri Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiası qaldırmaq hüququnu əldə edəcəkdilər. Obama qətnamə layihəsini rədd edən imzasını qoyduqdan sonra bildirib ki, o həlak olanların ailələri ilə birgə bu hadisədən kədərlənir və dərin təəssüf hissi keçirir. Lakin sözügedən layihənin qəbulu eyni zamanda ABŞ-ın milli maraqlarına zərər vura bilərdi.
Rəsmi Ər-Riyad isə 2001-ci ildə 3000 nəfər insanın həlak olması ilə nəticələnən terror hücumlarına naidiyyatının olmadığını bəyan edir. Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi bununla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, qətnamə layihəsinin qəbulu ABŞ-a qoyulan investisiyaları geri çağıra bilər.
Xatırladaq ki, 15 il öncə baş vermiş terror aksiyası zamanı Beynəlxalq ticarət mərkəzinə və Pentaqona hücum etmiş 19 ekstremistdən 15-i məhz Səudiyyə Ərəbistanı vətəndaşları olublar.
Əgər qətnamə layihəsi qəbul olunsaydı həlak olanların ailələri Səudiyyə Ərəbistanı hökumətini təmsil edən istənilən şəxsi məhkəməyə vermək hüququnu əldə edəcəkdilər. ABŞ konqresi sentyabrın əvvəllərində sözügedən qətnamə layihəsinin qəbuluna "hə" demişdi. Lakin "bbc" həmçinin qeyd edir ki, Obama əvvəlcədən bu layihə ətrafında qayğılı görünürdü və həmin zamanlarda da ehtimal edilirdi ki, o bu sənədə imza atmayacaq.
Eyni zamanda qeyd olunur ki, Obama administrasiyası ABŞ sərhədlərindən kənarda yaşayan amerikalı vətəndaşların da həyatlarına təhlükə yaranacağından ehtiyat etdiyini gizlətməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB