Elçin Mirzəbəyli: “Venesiya Komissiyasının rəyi qərəzlidir” MÖVQE
"Venesiya Komissiyasının tələm-tələsik, heç bir əsas olmadan və birtərəfli qaydada rəy açıqlaması bu qurumun fəaliyyət prinsiplərinə qətiyyən uyğun deyil". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
O bildirib ki, belə bir tələsik qərar açıq şəkildə onu sübuta yetirir ki, Venesiya Komissiyasının rəyi qərəzlidir, sifarişlidir və Azərbaycana təzyiq məqsədilə atılmış bir addımdır: "Buna görə də Azərbaycan tərəfi baş verən hadisələri artıq real formada dəyərləndirib, ictimaiyyət də belə qərəzli addımlara özünün birmənalı mövqeyini hər zaqman nümayiş etdirir. Diqqət yetirsək, bu rəy o zaman ortaya çıxdı ki, Azərbaycanda qarışıqlıq yaratmağa çalışan bir qrup radikal siyasətçi və radikal dinçilər keçirdikləri aksiyada fiaksoya uğradılar və onların aksiyaları ictimaiyyət tərəfindən hər hansı bir dəstək görmədi. Azərbaycanda keçirilən son sorğular da, o cümlədən ayrı-ayrı xarici ölkələrin, Fransanın sorğu mərkəzinin keçirdiyi sorğular sübut edir ki, Azərbaycan vətəndaşları ölkənin təhlükəsizliyinin möhkəmləndiriməsinə və islahatların surətləndirlməsinə xidmət edən referendum müddəlarını birmənalı şəkildə dəstəkləyir və bu referendum həm də Azərbaycan xalqının irdəsini ifadə edir. Bu baxımdan Venesiya Komissiyasının tələsik və məqsədyönlü şəkildə Azərbaycana təzyiq göstərmək cəhdi fiaskoya uğrayacaq və hər hansıl bir nəticə verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB