Sabiq müsavatçı: “Yesinlər səni İsa Yunisoviç Qəmbərov !!!” İZTEHZA
Müsavat partiyasının sabiq fəallarından olan Kamil Xəlilbəyli partiyanın eks başqanı İsa Qəmbərə iztehzalı münasibət göstərərək, onu müxalifəti parçalamaqda ittiham edib. SİA xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində status paylaşıb. Kamil Xəlilbəyli yazıb: "1998-də Böyük Bəyə xəyanət et (Elçibəyin vahid namizədliyinə qarşı çıx), 2003-də burnunu evindən bayıra çıxarma, 2005-də "Azadlıq" blokunu qur, sonra millət vəkili olmaq üçün bloku dağıt, 2010-da seçkilərə etiraz üçün "İctimai Palata"nı qur və sonra dağıt, 2013-də "Milli Şura"nı dağıt. Sonra milləti satqın elə..."
Sabiq müsavatçı sonda İsa Qəmbərə bu mesajı yollayıb: "Yesinlər səni İsa Yunisoviç Qəmbərov !!!"
Xatırladaq ki, Müsavatın qurultayından sonra bir çox müsavatçı funksioner və fəallar İsa Qəmbərin Arif Hacılını saxta yolla öz kreslosuna oturtduqdan sonra partiyadan etiraz əlaməti olaraq istefaya getdilər. Sözügedən statusun müəllifi Kamil Xəlilbəyli də ilk istefaya gedənlərdən və müsavatdaxili ziddiyyətləri tənqid edənlərdən biridir. Hazırda o, Müsavat başqanlığına namizəd olmuş Qubad İbadoğlunun rəhbərlik etdiyi ADR hərəkatında təmsil olunmaqdadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB