26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə keçiriləcək referendumla əlaqədar olaraq yaradılmış "Yeni Azərbaycan" təşviqat qurupu bu gün Salyan rayonunda qadın seçicilərlə görüş keçirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov çıxış edərək referendumun mahiyyəti, ümumxalq səsverməsinin reallaşmasını şərtləndirən amillər haqqında tədbir iştirakçılarına məlumat verib.

"Yeni Azərbaycan" təşviqat qurupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqlarının və insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, xarici təhdidlərin qarşısının alınması, etnik-dini harmoniyanın daha da möhkəmləndirilməsi və s. amillərdən irəli gələrək Azərbaycan daha bir referenduma gedir: "Siz xanımlar seçici olmaqdan öncə təşviqatçısınız. Cəmiyyətdə qadınların rolu hər zaman önəmli olub. 26 sentyabr tarixdə Konistitusiyamızın 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi ümumxalq səsverməsinə çıxarılır. Bunlardan 23 maddəyə dəyişiklik, 6 maddəyə isə əlavələr olunacaq. Bu əlavə və dəyişikliklər günün, zamanın, beynəlxalq idarəetmə sisteminə inteqrasiyanın tələbindən irəli gəlir. Ona görə hər birimiz ölkəmizin inkişafı naminə "HƏ" deməliyik. 26 sentyabrda seçki məntəqələrinə gedib səsvermədə iştirak etməklə gələcəyimizə, inkişafımıza səs vermiş olacaqsınız".

Sonra ATXƏM-in sədri İlham İsmayılov çıxış edədək bildirib ki, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolu durmadan artır: "Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasınlar. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə ailələrində ömürlərinin şərəfli günlərini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllində də iştirakçı olurlar. YAP qadınları da ölkənin həm ictimai, həm mədəni, həm də siyasi həyatında yaxından iştirak edirlər".

YAP Salyan rayon təşkilatının Qadınlar Şurasının sədri Fatma Səmədzadə çıxış edərək söyləyib ki, Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Azərbaycan qadınlarının uğurlar əldə etməsinin əsas səbəbi ulu öndər Heydər Əliyevin qadınların öz imkanlarını ictimai-siyasi sahədə həyata keçirmələri üçün yaratdığı şəraitdir.

Sonda YAP-ın fəal üzvü Yaqut Ələsgərova çıxışında əminliklə bildirib ki, onlar bütün seçkilərdə olduğu kimi 26 sentyabr tarixində keçiriləcək Referendumda da fəal iştirak edəcək, seçki məntəqələrinə gedərək Konstitusiya dəyişikliklərinə "HƏ" deyəcəklər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB