Elşən Musayev: “Müsavatla AXCP qırışıb bir-birlərini didsinlər” AÇIQLAMA

Elşən Musayev: “Müsavatla AXCP qırışıb bir-birlərini didsinlər” AÇIQLAMA

"Müsavatçıların fikrinə görə, Əli Kərimli tələm-tələsik yeni mitinq təyin etməklə əslində Müsavatı siyasi arenadan uzaqlaşdırmaq və bununla da "alternativsiz müxalifət lideri" obrazı formalaşdırmaq istəyir. Bu bir növ Əli Kərimlinin xislətindən, özünə müştəbehliyindən, razılığından irəli gələn bir şeydir". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, Əli Kərimli həmişə mitinqdə 500 adam görüb və bu səfər 1000-1500 nəfər görən kimi o dəqiqə eyfariyaya düşdü: "O sadəcə anlamır ki, Azərbaycan xalqı 1000-1500 nəfərdən ibarət xalq deyil. Həmin mitinqə gələnlərin hamısı fotoşəkillər çəkdirib sabahsı gün mühacir olmaq üçün sənədlər toplayıb saxta imiclə, məfkurə ilə ölkədəm qaçmağa çalışan adamlar idi. Yəni onların əksəriyyətinə bunu şamil etmək olar. Amma Əli Kərimli elə bilirdi ki, mitinqə gələnlər onu sevib gələnlər idi".

E.Musayev bildirib ki, burada Qərb dairələrinin verdiyi pullar da rol oynayır: "Sadəcə Müsavat-AXCP arasındakı illərdir davam edən münaqişəyə, mübahisəyə gəlincə onu söyləmək istəyirəm ki, onlar elə 23 ildir bir-birlərini qıra-qıra, bir-birinin üstünə çıxıb yekə görünməyə çalışa-çalışa, bir-birini məhv edə-edə Azərbaycan müxalifətçiliyini bu günə salıblar. Beləcə onlar Azərbaycanda yeni radikalist müxalifətin əsasını qoyublar. Əli Kərimli proqmatik siyasətçi, ağıllı adam olsa idi, heç növbəti mitinqi planlaşdırmalı deyildi. Yəni bu adamın əsas məqsədi ora kütlə axını toplamaq deyildi. Əsas məqsəd 3-5 nəfər yanında olsa belə hamıdan önə çıxmaq, müxalifətin vahidliyi lideri qazanmaqvə dünyaya, onlara qrant verən təşkilatlara, dilənçilik etdiyi səfirlərə mesaj vermək idi ki, Azərbaycan müxalifətindən məndən başqa adam yoxdur. Təbii ki, bütün bunlar o insanın şəxsiyyətindən, xislətindən irəli gəlir".

O əlavə edib ki, Ə.Kərimli ömür boyu eqoizmlə yaşayıb: "Hətta bu insan öz liderini ən ağır, alçaq formada satan şəxsdir. Axı ondan artıq nə gözləmək olar? Əgər o öz lideri Əbülfəz Elçibəyi satıbsa, Müsavatı da, öz dostlarını da satacaq. Onlar sadəcə Allahın bədbəxt insanlarıdır. Referendum, təbliğat-təşviqat bir yanda qala-qala onlar camaatı iğtişaşa səsləyirlər. Hesab edirəm ki, müxalifətdə Müsavat və AXCP davası yenidən siyasi müstəviyə gələcək. Əslində elə qoy qırışıb bir-birlərini didsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə