Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Suraxanı rayon şöbəsi sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi-referendumla əlaqədar ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə millət vəkili Ağacan Abıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, hüquqşünas Loğman Abdullayev və digərləri iştirak ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sifarişi ilə hazırlanan "Həmrəy olaq, Hə deyək" adlı videoçarx təqdim olunub.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, ölkəmiz olduqca əlamətdar gün ərəfəsindədir. V.Seyidov gənclərə Suraxanı rayonunda təbliğat-təşviqatla bağlı aparılan işlər haqqında məlumat verib.
Təşkilat sədri gəncləri sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində fəal iştirak etməyə dəvət edib.
Görüşdə çıxış edən millət vəkili Ağacan Abıyev ilk dəfə səs verən gənclərə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin əhəmiyyəti haqqında məlumat verib. O bildirib ki, bu ilki Referendum Aktı layihəsinə 23 maddədə dəyişikliklər, 6 maddənin isə əlavə olunması nəzərədə tutulub: "Nəzərdə tutulan əlavə və dəyişikliklər sosial ədalətin genişləndirilməsi, demokratiyanın daha da inkişaf etdirilməsi, müasir gənclərə daha çox etibar olunması, insan hüquqlarının təminatı və qorunmasının gücləndirilməsi, gənclərin seçib-seçilmək hüquqlarının daha da genişləndirilməsi, ölkədə birinci vitse-prezident və vitse-prezident vəzifələrinin təsis edilməsi baxımından çox vacibdir. Bütün gənclər öz gələcəyi naminə səs verməyə dəvət edirəm".
Daha sonra çıxış edən YAP GB sədri Seymur Orucov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söz açaraq bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər də biz gənclərin gələcəyi üçün nurlu bir işıqdır: "Biz gənclər həmrəy olub, təklif olunan dəyişikliklərə hə deməliyik. Bütün gəncləri Referendum Aktına "HƏ" deməyə dəvət edirəm".
Görüşdə çıxış edən gənclər ümumxalq səsverməsi-Referendumda fəal olub, 26 sentyabr tarixində məntəqələrə gəlib təklif olunan dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB