Seçicilər Referendum Aktını dəstəkləyirlər FOTOLAR

Seçicilər Referendum Aktını dəstəkləyirlər FOTOLAR

Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" təşviqat qrupları sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı Cəlilabad rayonunun Alar kəndində təbliğat-təşviqat tədbiləri çərçivəsində seçicilərlə görüş keçiriblər. SİA-nın xəbərinə görə, görüşdə Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Müşaviri, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov və YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açaraq, seçicilərə referendumla bağlı ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycanda müstəqil dövlətçiliyin yüksək sürətlə və hərtərəfli inkişaf etməsi və ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, həmçinin dünya birliyində gedən yeniləşmə idarə etmədə və cəmiyyətin həyatında mütəmadi olaraq yeni islahatları meydana çıxarır: "Azərbaycan Respublikası da müstəqillik dövründə məqsədyönlü şəkildə həyata keçirilən ardıcıl və genişmiqyaslı islahatlar sayəsində yüksək inkişaf mərhələsinə gəlib çatıb. Hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək üçün yeni islahatların həyata keçirilməsi zərurəti yaranıb. Prezident İlham Əliyevin "Azərbaycan Respulikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respulikasının Referendum aktının layihəsini geniş şəkildə cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı dövrdə daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlir. Ölkə rəhbəri tərəfindən irəli sürülən bu dəyişikliklər əldə olunan nailiyyətlərin daha da artırılmasına hədəflənib. Konstitusiyamıza ediləcək dəyişikliklər insan hüquqları və azadlıqlarının təmin edilməsi, ölkəmizin demoktarik dəyərlərinin və vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradacaq".

Mirsüleyman Mirxaslı daha sonra Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər barədə seçicilərə ətraflı məlumat verdi və onları referendumda fəal iştirak etməyə, Referenduma "HƏ" deməyə çağırıb.

Sonra YAP İcra Katibliyinin Müşaviri, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov "Azərbaycan Respublikasının Konstitisiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi barədə seçiciləri məlumatlandırıb. O qeyd edib ki, layihəyə əsasən, Konstitusiyanın 23 maddəsində dəyişiklik, həmçinin 6 yeni maddələrin əlavə edilməsi təklif olunub: "Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının daha da təkmilləşdirilməsi, məhkəmə-hüquq, ədliyyə islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, siyasi-hüquqi və iqtisadi islahatların paralel şəkildə həyata keçirilməsi Konstitusiya islahatlarının hansı zərurətdən irəli gəldiyini bir daha əyani şəkildə göstərir".

O söyləyib ki, Konstitusiyaya təklif olunan 23 dəyişikliyin 16-sı insan hüquq və azadlıqlarının qorunmasınna həsr edilib. K. Kərimov həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı və ölkə prezidenti seçilmək üçün nəzərdə tutulan yaş həddinin 18-ə endirilməsi, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlik institutunun yaradılması, əsassız olaraq hansısa ədalətli qərarın, qanunun və təyinatın reallaşdırılmasına mane olmaq cəhdlərinin qarşısını almaq məqsədi ilə Milli Məclisin buraxılması üçün Azərbaycan Respublikasının Prezidentinə səlahiyyət verilməsi və digər vacib müddəalar haqqında seçiciləri məlumatlandırıb. O, əminlik ifadə edib ki, cəlilabadlı seçicilər bütün əvvəlki seçkilərdə və referendumlarda olduğu kimi bu il 26 sentyabrda keçiriləcək seçkilərdə daha fəal iştirak edəcək, referenduma "HƏ" deyəcək, bununla da ölkəmizin prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini nümayiş etdirəcəklər.

Tədbirdə çıxış edən Günəşli kənd 2 saylı orta məktəbin direktoru Kəramət Həsənov, Alar kəndindən ağsaqqal Nurəddin Kərimov, Alar kənd 2 saylı tam orta məktəbin müəllimi Həsənağa Əliyev, Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyev, rayon bələdiyyələrinin əlaqələndirmə şurasının sədri Baxış Mustafayev, Təzəkənd kəndindən ağsaqqal Sabir Həsənov, Alar kənd xəstəxanasının baş həkimi Əfrahim Hüseynov, Gülməmmədli kənd orta məktəbinin müəllimi Şahbaz Şahbazov, Alar kənd 1 saylı tam orta məktəbin direktoru Saməddin Kərimov və başqaları çıxış edərək 26 sentyabr 2016-cı ildə referendumda ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəklərini və referenduma "HƏ" deyəcəklərini bəyan ediblər. Onlar bütün seçiciləri referendumda fəal iştirak etməyə, dövlətçiliyimizə və gələcək inkişafımıza "HƏ" deməyə dəvət ediblər.

Astara rayonu

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə əlaqədar Astara rayonunda sakinlərlə görüş keçirib.

Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq, ölkəmizin mühüm hadisə ərəfəsində olduğunu bildirib. Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafında böyük əhəmiyyətə malik olacaq: "Referendum Aktı ölkəmizin və xalqımızın işıqlı gələcəyinə istiqamətlənib. Hər kəsi gələcək inkişafımıza səs verməyə dəvət edirəm".

Çıxış edən millət vəkili Rəşad Mahmudov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zəruriliyindən söz açıb: "Layihədə yer alan müddəalar ölkədə idarəetmə sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatına xidmət edir. Hər bir vətəndaşısentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi-Referendumda fəallıq nümayiş etdirməyə səsləyirəm".

Görüşdə çıxış edən seçicilər Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.

Qazax rayonu

Referendum üzrə "Yeni Azərbaycan" üzrə təşviqat qrupu sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi-Referendumla bağlı Qazax rayonunda ilk dəfə səs verən seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov iştirakçılara Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər haqqında ətraflı məlumat verib.

O bildirib ki, Ölkə Başçısı tərəfindən təklif olunan dəyişikliklər ölkəmizin və xalqımızın gələcək inkişafına istiqamətlənib: "Referendum Aktı vasitəsilə Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər Azərbaycan dövlətçiliyini möhkəmləndirəcək, Azərbaycan vətəndaşının hüquqlarını genişləndirəcək. Bütün seçiciləri Referendum Aktını dəstəkləməyə dəvət edirəm".

"Daha sonra çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Konstitusiyaya təkilif olunan əlavə və dəyişikliklərin mahiyyəti, onları doğuran zərurət barədə iştirakçılara geniş məlumat verib. O bildirib ki, bunun təməlində Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi, insan kapitalı və digər çoxsaylı uğurlar dayanır. Dəyişkən Konstitusiya dövlətin inkişafının göstəricisi kimi çıxış edir. 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə mühüm töfhələr verməsi baxımından zəruridir".

Görüşdə çıxış edən Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Məmməd Yusifov, Milli Məclisin deputatı Kamran Nəbizadə, Sərbəst güləş üzrə Azərbaycan Milli Komandasının məşqçisi Firdovsi Umudov çıxış edərək Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə referendumun keçirilməsinin vacib olduğunu qeyd ediblər. Onlar ilk dəfə səs verən gəncləri fəal olmağa çağırıblar.

Daha sonra ilk dəfə səs verəcək gənclərdən Nicat Məmmədov, Abuhəyat Əfəndi, torpaqlarımızın müdafiəsi zamanı yaralanan hərbçimiz Kamil Musəvi çıxış edərək həmyaşıdlarını 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək seçki məntəqələrinə gəlib konstitusiyaya ediləcək əlavə və dəyişiklərə "hə" deməyə çağırıblar.

Suraxanı rayonu

Bütün xəbərlər Facebook səhifəmizdə