Azər Həsrət: “Müxalifət hər zamankı kimi xar olacaq” AÇIQLAMA

Azər Həsrət: “Müxalifət hər zamankı kimi xar olacaq” AÇIQLAMA

"Müxalifət, əlbəttə mitinq də keçirə bilər, öz təbliğatını qura da bilər. Amma bu, heç nəyi dəyişən deyil". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, xalqın böyük çoxluğu referenduma gedəcək və təklif edilən dəyişikliklərə "hə" deyəcək: "O mitinq keçirmək istəyənlər isə sadəcə hər zamankı kimi xar olacaqlar. Çünki arxalarında xalqın dəstəyi yoxdur, olması da mümkün deyil. Ona görə də onların mitinq çağırışlarından narahat olmağa dəyməz".

Qeyd edək ki, AXCP sentyabrın 11-də, Müsavat partiyası isə sentyabrın 18-də aksiya keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə