Artıq sentyabrın 26-da keçiriləcək Referenduma hazırlıqla bağlı təbliğat- təşviqat kampaniyasına start verildi. Azərbaycan mətbuatı da referendumun işıqlandırmasında özünəməxsus rol oynayacaq. SİA bununla bağlı qəzet baş redaktorları ilə əlaqə saxlayıb və onlardan medianın üzərlərinə düşən vəziflərin necə müəyyənləşdirilməsi barədə öyrənib.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:
- Referendumla bağlı təşəbbüs qrupları fəaliyyət göstərdiyi müddətdən öncə belə Mərkəzi Seçki Komissiyasına müraciət etmişik ki, "Şərq" qəzeti təbliğat - təşviqat kampaniyasında iştirak etsin. Əlbəttə ki, Azərbaycan mətbuatı Referendumun mahiyyəti, əlavə və dəyişikliklərlə bağlı müddüaları cəmiyyətə təqdim etmək və bununla bağlı təbliğat təşviqat kampaniyasını aparmaq imkanlarına malikdir. "Şərq" qəzeti də bu təbliğatda iştirak edir. Ümumiyyətlə, referenduma çıxarılan məslələr xalqın maraqlarının təmin olunması baxımından önəmlidir. Ona görə də, hər bir kəs Referendumla bağlı müəyyən bir fikirlərə sahib ola və öz təbliğat imkanlarını apara bilər. Burada mediada öz üzərinə düşən vəzifləri müəyyələşdirir və ona uyğun şəkildə də bu kompaniyanın iştirakçısı olacaq.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:
- Referendum ərəfəsi monitorinq aparılmışdı və monitorinqin nəticələri də qiymətləndirilmişdi. Qiymətləndirməyə əsasən əksər mətbuat orqanları referendumu müvafiq müddəalarını doğru şərh edirlər. Bu prosesdə daha çox insanı cəlb etməyi bacarırlar. Bir sözlə, ölkədə fəaliyyət göstərən əsas aparıcı mətbuat orqanları, o cümlədən, peşəkar internet media
referendumun Azərbaycan dövlətinin təhlükəsizliyi üçün aparılan daha geniş şəkildə həyata keçirilməsi üçün nə qədər vacib bir məsələ olduğunun ictimaiyyətə doğru çatdırmağı bacarırlar. Referendumla bağlı indiki mərhələyə qədər sıx marifçilik istiqamətində aparılan işləri uğurlu hesab etmək olar. Artıq Referendumun təbliğat təşviqat kampaniyasına start verilir. Təşviqat kompaniyası prosesi dövründə də Azərbaycan mətbuatını peşəkarlıq nümayiş etdirəcəkdir. O ki, qaldı barmaqla sayılacaq qədər ənənəvi qara yaxma kampaniyası aparanlara, onların ictimai rəyə təsir imkanları kifayət qədər məhdudur.
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:
- Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendumla bağlı təbliğat-təşviqat kompaniyasına start verilir. "Kaspi" qəzeti də bu kampaniyada fəal iştirak etmək niyyətindədir. Biz artıq referendumla bağlı ödənişli təbliğatda iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Yəqin ki, kampaniya müddətində MSK-da qeydiyyatdan keçmiş təşəbbüs qrupları ilə sıx təmasda olacağıq. Bundan əlavə, qəzet olaraq referenduma çıxarılan məsələlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasında da yaxından iştirak etmək niyyətindəyik. Bu günlərdə MSK-nın Prezident Administrasiyası ilə birgə keçirdiyi konfransda Prezidentin köməkçisi, hörmətli Əli Həsənovun da dediyi ki, referendumun azad, ədalətli, şəffaf keçirilməsi dövlət orqanları ilə yanaşı KİV-dən də asılıdır. Ona görə də hər bir KİV bu prosesdə fəal iştirak etməli və üzərinə düşən məsuliyyəti anlamalıdır. Seçki qanunvericiliyi, "Reklam haqqında" qanunda bu prosesin hüquqi çərçivələri müəyyənləşdirib. Bizim üzərimizə düşən isə bu çərçivələr daxilində işimizi qurmaqdır.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB