Rio-de-Janeyro hökumətdən hərbçilərin qalmasını tələb edir Cinayətkarlıqla mübarizə

Rio-de-Janeyro hökumətdən hərbçilərin qalmasını tələb edir Cinayətkarlıqla mübarizə

Rio-de-Janeyronun dövlət qurumları Braziliya hökumətinə hərbçilərin davamlı olaraq şəhərdə qalması ilə bağlı müraciət edəcəklər. Belə ki, hərbçilərin şəhərə yerləşdirilməsi ilə bağlı verilmiş qərar Olimpiya və Paralimpiya oyunları ilə bağlıdır. Eyniadlı ştatın təhlükəsizlik naziri Joze Marianu Beltramenin fikrincə, bu addım yüksək cinayətkarlıqla mübarizədə səmərəli addım sayıla bilər.

"Şəxsi fikrim budur ki, hərbçilər qalmalıdırlar. Mən bununla bağlı müvafiq sorğu göndərəcəm. Hesab edirəm ki, bu nəninki mənim dövlət işçisi kimi vəzifə haqqımdır, eyni zamanda qarşımızda dayanan çətinliklərdən çıxmaq üçün insanlıq borcumdu"-deyə Joze Marianu Beltramen bildirib.

Qeyd olunur ki, cari ilin iyul ayından başlayaraq Olimpiya və Paralimpiya oyunları səbəbindən braziliyalı hərbçilər Rio-de Janeyrodakı küçələri və strateji obyektləri mühafizə etməyə başlayıblar. Belə ki, iyulun 24-dən avqustun 24-dək regionda qəsdən adamöldürmə hallarının sayı 2015-ci ilin eyni tarixləri ilə müqayisədə 17,6% azalıb. İdman yarışları zamanı təhlükəsizliyin təminatı ilə bağlı 67 min hərbçi və polis işə cəlb olunub. Onlardan 47 mini polis və xilasedicilər, 20 mini isə həbrçilər olub.

Daha öncə Rio hökuməti bildirmişdi ki, hərbçilər şəhərdə oktyabr ayında keçiriləcək bələdiyyə seçkilərinə qədər qalacaqlar. Lakin conayətkarlığın yüksək xəttə inkişafı mövcud qərarların qəbul olunmasını zəruri edib. Məsələn, Rio-de-Janeyronun ictimai təhlükəsizlik İnstitunun gəldiyi nəticələrinə görə, cari ilin yanvar ayından aprel ayınadək, qəsdən adamöldürmə cinayətlərinin sayı 15,4% artmışdı. Bu, ötən illə müqayisədə (1715 ölüm faktı 1486-ya qarşı) kifayət qədər çoxdur.

Qeyd edək ki, XXXI yay Olimpiya oyunları Rio-de-Janeyroda avqustun 5-dən 21-dək keçirilib. Bu, Cəənubi Amerikada ilk Olimpiya oyunları olub. Sentyabrın 7-dən 18-dək isə Rioda Paralimpiada oyunları start götürəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə