Fetullahçı Terror Təşkilatının (FETO) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaqda sabiq səfirlər Gürcan Balık, vəzifəsindən çıxarılan Ali Fındıq və Tuncay Babalı həbs edilib. SİA "Star" a istinadən xəbər verir ki, G.Balık sabiq baş nazir Əhməd Davudoğlunun xüsusi katibi olub, 11-ci prezident Abdullah Gülün xarici siyasət üzrə baş müşaviri vəzifəsində çalışıb.
A.Flndıq və T.Babalı isə çevriliş cəhdindən sonra vəzifələrindən uzaqlaşdırılıblar. Onlar əvvəlcə prokrorluq orqanlarında şübhəli şəxs qismində dindiriliblər, daha sonra isə həbs ediliblər. Hər üç sabiq diplomat Sincan həbsxanasına göndəriliblər.
Qeyd edək ki, T.Babalı Türkiyənin Kanada və Kosta-Rikada səfiri vəzifəsində çalışıb, A.Fındık isə 2015-ci ildə XİN-də mərkəzi aparatda çalışırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB