“Azərbaycan hər zaman Türkiyəyə dəstək verib” ŞƏRH

“Azərbaycan hər zaman Türkiyəyə dəstək verib” ŞƏRH

"Azərbaycan hər zaman anti-teror əməliyyatlarına dəstək verən bir ölkə olub". Bunu SİA-ya açıqlamasında politoloq Vüqar Zifəroğlu Türkiyənin Suriyada başladığı əməliyyatlara Azərbaycanın hansı formada dəstək verə biləcəyini şərh edərkən deyib.

O xatırladıb ki, Yaxın Şərqdə sülhməramlı qüvvələrin tərkibində Azərbaycan əsgərləri də xidmət ediblər: "Ölkəmizin hər hansı bir şəkildə keçirilən əməliyyatlarda qardaş Türkiyəyə dəstək olması və hətta müəyyən bir qüvvə ilə təmsil olunması prinsipcə mümkündür. Amma belə bir təklif olmayıb və düşünürəm ki, buna ehtiyac da yoxdur. Ölkəmiz siyasi-diplomatik, eləcə də lojistok dəstək verə bilər ki, bunu da biz hər zaman etmişik, edirik və şübhəsiz ki, edəcəyik. Türkiyə bizə yalnız qardaş ölkə deyil, eyni zamanda bizim strateji müttəfiqimizdir, bu baxımdan belə bir dəstəyin göstərilməsi təbiidir".

Türkiyə Bilge Adamlar Strateji Araşdırmalar Mərkəzinin Orta Asiya məsələləri üzrə direktoru Abbas Karaağaclı isə bildirib ki, dost və qardaş Azərbaycan hər məsələdə Türkiyənin yanındadır. Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq çox dərin və sağlam təməllərə əsaslanır. Onun sözlərinə görə, Türkiyə Suriyanın ərazi bütövlüyünü qorumaq, İŞİD və digər terror qrupları ilə mübarizə aparmaq məqsədilə "Şimali Suriya"da əməliyyatlara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə