Türkiyənin Suriyadakı yeni hədəfləri SIRADA ƏL BABADIR

Türkiyənin Suriyadakı yeni hədəfləri SIRADA ƏL BABADIR

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) dəstəyi ilə Cerablusu İŞİD-də geri alan Azad Suriya Ordusunun (ASO) yeni hədəfləri bəlli olub. SİA Türkiyə mətbuatına istiadən xəbər verir ki, Suriyanın Əl Baba şəhəri geri alınması planlaşdırılan növbəti hədəfdir. Belə ki, Cerablusdan geri çəkilən İŞİD güclərinin nəzarətində olan Əl Bab və Mare şəhərləri strateji əhəmiyyətli yollar üzərindədirlər. Əl Babanın təmizlənməsinin ardından ASO Mareyə tərəf istiqamət almağı planaşdırıb. Beləliklə, Suriyanın Şimalında təmin ediləcək təhlükəsizlik bölgəsi 48 km içərilərə və 78 km genişliyə doğru əraziləri əhatə edəcək. Eyni zamanda, TSQ-nə məxsus Fırtına silahı da azad eidlmiş ərazilərdə saxlanılacaq.

Həmçini qeyd edilir ki, Türkiyə F-16-ları kəşfiyyat uçuşları apararkən, bir sıra önəmli məlumatlar əldə ediblər. Məlum olub ki, İŞİD gücləri Əl Baba şəhəri ətrafında müdafiə istehkamları qururlar. ASO isə canlı qüvvələrin sayını artırmaq üçün Corablusda döyüşənlərdən də artıq şəxsi heyət toplayacağını bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə