Hüseyn Bolt: “Peleyə, Məhəmməd Əliyə oxşayacam” İDDİA

Hüseyn Bolt: “Peleyə, Məhəmməd Əliyə oxşayacam” İDDİA

Səkkizqat yamaykalı olimpiya çempionu, sprinter Hüseyn Bolt hesab edir ki, artıq idman sahəsində sübut etməyə heç nəyi qalmayıb. SİA xəbər verir ki, o, bu barədə Olimpiya xəbərləri xidmətinə danışıb.

2016-cı il Olimpiya oyunlarında 200 m məsafə qaçışında səkkizinci dəfə çempionluğunu qazanmış Yamaykalı sprinterin nəticəsi 19,78 saniyəni təşkil edib. "Mənə bundan sonra nəyisə sübut etməyə ehtiyac yoxdur. Daha hansı addımımla dünyaya sübut etməliyəm ki, mən güclüyəm? Mən çalışıram ki, tanınmış futbolçu Peleyə, əfsanəvi boksçu Məhəmməd Əliyə oxşayım, onlardan biri olum. Ümid edirəm ki, bu oyunlardan sonra onlardan birinə çevriləcəm"-deyə Bolt bildirib.

Yamaykalı sprinter bəyan edib ki, 2016-cı ilin olimpiadası onun karyerası üçün sonuncusu olmalıdır: "Düşünürəm ki, bu, mənim axrıncı oyunlarımdır"-deyə 29 yaşlı Hüseyn Bolt bildirib.

Bolt 2008-ci il Pekin və 2012-ci il London olimpiadasındaümumi olaraq 6 qızıl medal qazanıb. Mövcud olimpiadada isə bundan öncə 100 m məsafə qaçışında qalib olub. 2015-ci ildə keçirilmiş dünya çempionatında Yamayka sprinteri 3 qızıl medal əldə edərək, 11 qat dünya çempionu adına layiq görülüb. Bu, yüngül atletika sahəsində yeganə hal kimi tarixə düşüb.

İdmançı 100 m məsafə qaçışında (9,58) və 200 m məsafə qaçışında (19,19) rekord vurub və bu rekordu qıran olmayıb. Hüseyn Boltun da daxil olduğu Yamayka yğıması digər estafetdə də dünya rekordunu (36,84) vurub. Belə ki, London olimpiadasında komanda 4x100 m məsafə qaçışında onları keçən olmayıb.

Qeyd edək ki, Rioda keçirilən olimpiada yarışlarnıa avqustun 21-də yekun vurulacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə