Ziyafət Əsgərov: "Hər bir referendum aktı xalqın inkişafının göstəricisidir"

Ziyafət Əsgərov: "Hər bir referendum aktı xalqın inkişafının göstəricisidir"

"Ümumiyyətlə hər bir cəmiyyətin həyatında dəyişikliklər vacibdir. Azərbaycan xalqını maraqlandıran hər bir məsələ referenduma çıxarıla bilər. Amma bu, müəyyən istisnalarla baş verə bilər. Elə məsələlər var ki, onlar Konstitusiya səviyyəsində həll olunmalıdır". SİA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən seminar-müşavirənin açılışında "Referendumda iştirak hüquqlarının konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri" mövzusunda çıxışı zamanı Milli Məslisin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Milli Məclis sədrinin birinci müavininin sözlərinə görə, ümumiyyətlə dünyada referendumun özünün bir neçə forması var: "Azərbaycanda isə bu formalar tam tələblər səviyyəsində həyata keçirilib. Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə son illər inkişaf o qədər sürətlə gedir ki, biz artıq dəyişikliklər etməliyik. Referendum aktı xalqın iradəsinə cavab verən büquqi sənəddir. Bu referendumda xalq biləvasitə yaxından iştirak edir. Hər bir referendum aktı xalqın inkişafının göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə