"Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğal edilmiş beş rayonunun geri qaytarılması ilə bağlı Ermənistanın razı salındığı ehtimalı yüksəkdir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, burada Rusiya həlledici rol oynayıb: "Sadəcə olaraq bu məsələ ATƏT çərçivəsində həll edilməlidir və Rusiya təkbaşına qərar verə bilməz. Ermənistan da yəqin ki, belə olmasını istəyir. Lakin avqust ayı siyasətin dayandığı ay hesab olunduğundan, Qarabağa dair bütün danışıqlar prosesi dayandırılıb. Amma avqustun sonu, yaxud sentyabr ayında prezidentlərin görüşünün olmasına dair məlumatlar var. Görüşün Parisdə, yaxu Vaşinqtonda baş tuta biləcəyi deyilir.Yəni həmsədr dövlətlərdən hər biri özünün geosiyasi əhəmiyyətini göstərmək üçün prezidentlərin görüşünü təşkil etmək istəyir. Həm də sülh yaratma prosesində öz rollarını isbatlamağa çalışırlar. Amma qəliz də olsa Ermənistanın bu məsələdə razı salındığı hiss olunur. Çünki Rusiya mətbuatına diqqət verdikdə, xarici işlər naziri Sergey Lavrovun bir neçə dəfə verdiyi məlumata istinad etsək bunu müşahidə edə bilərik".
Politoloq deyib ki, prezident Putin bir qədər ehtiyatlı danışır, amma Azərbaycana kömək etmək arzusunu da ifadə eib: "Son dövrlər Azərbaycanı Avrasiya İttifaqına dəvət edilməsi barədə məsələlər Rusiya mətbuatında açıq və geniş bir mövzuya çevrilib. Deməli, müəyyən proseslər gedir, qarşı tərəfin Azərbaycandan istədikləri var. Əlbəttə, beş rayonun qaytarılması bizi tam qane etməsə də, Ermənistanda etiraz doğursa da, hər halda bunun baş tutacağı ehtimalı yüksək görünür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB