Ermənista mətbuatında ölkə prezidenti Serj Sarkisyana qarşı ağır ittihamlar səngimir və müxalifətyönlü media qurumları onu xalqı satmaqda və s. ittihamlarda suçlayır. SİA xəbər verir ki, Ermənistanın 1in.am saytı Yeqiazar Ayntaptsi adlı əməkdaşının müəllifliyi ilə regionda baş verən son proseslərlə bağlı Sarkisyanı kəskin tənqid hədəfinə alıb və "Sarkisyan uzaqdadır: onun vaxtı nə zamadır" (link: http://ru.1in.am/1162498.html) başlıqlı məqalə hazırlanıb. (link: http://ru.1in.am/1162498.html). Məqalənin müəllifi ilginc faktlara toxunaraq erməni prezidentinin hazırkı və son illərdəki fəaliyyət dövrünü araşdırıb. SİA erməni saytında gedən həmin məqaləni tərcümə edərək, dəyərli oxucularının diqqətiə çatdırır.
***
Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Braziliyaya rəsmi səfər edən Serj Sarkisyan yay Olimpiadasında çıxış edən erməni idmançıları öz işlərinə daha ciddi yanaşmağa səsləyib. O, deyib ki, kiçik ölkələr başqa ölkələrə təqdim olunmaq üçün öz qələbələrinə görə daha həssas olurlar.
Serj Sarkisyanın Moskvanın ardınca Braziliyaya səfər etməsi onun üçün xarakterik addımdır, belə ki, o indi də göstərməyə çalışır ki, Moskvada öz işini görüb və növbə Rio-de-Janeyrodakı idmaçılardadır. Halbuki, Sarkisyan Rioya məzuniyyətə deyil, işgüzar səfərə gedib. O, elə sanır ki, idmançıların qələbəsi "taleyükü" məsələsidir. Bu baxımdan, işgüzar səfərdə olmasına rəğmən, olipmiyaçılarla dəstək göstərməyə də "vaxt tapıb".
Hələlik, Serj Sarkisyanın dəstəyi heç nəyə gətirib-çıxarmayıb, medallar hələ də yoxdur. Lakin görünür ki, Sarkisyan bu səbəbdən – idmançıların çıxışlarına görə məsuliyyəti öz üzərinə götürməyib və səfərini bilavasitə Olimpiada ilə bağlı olduğunu deməyib. Bütün məsuliyyəti isə Qagik Sarkyanın (milli olimpiya komitəsinin sədri-red.) üzərinə atıb.
Görünür, Serj Sarkisyan özünə lazım ola məsələləri Moskva səfəri çərçivəsində həll edib və bundan sonra Braziliyaya "əhəmiyyətli" səfər etməyə cürət tapıb.
Serj Sarkisyan üçün Braziliyaya səfər etmək "şəxsi qələbəsi" kimi qiymətləndirilir və bunun idmançılara heç bir aidiyyatı yoxdur. Sarkisyan hər şey edib ki, onun səfəri idmançıların çıxışları ilə ört-basdır olunsun və "qələbəsi" riskə düşməsin.
Bu, göstərir ki, Moskvada ona müəyyən olunmuş uznunömürlü zəmanətlər verilib. Lakin həmin zəmanətlər arasında Serj Sarkisyanın fərdi xidmətləri ya qəbul edilib, ya da sual altında qalır.
Daha öncə Sarkisyan Moskvada dəqiqləşdirib ki, Ermənistan ətrafında baş verənlər çərçivəsində yaxın vaxtlarda onu təhlükə gözləmir. Və bu Rusiya-Qərb qarşıdurması kontekstində Rusiya-Türkiyə, Rusiya-Azərbaycan-İran arasındakı qlobal inkişafla bağlıdır.
Serj Sarkisyan əlində olan hər imkandan istifadə edib – o, baş verənlərə qarışılıq olaraq kəskin daxili ölçülər götürmədi. Ona görə də Moskva görüşündən sonra heç bir iş görmür. Məsələn, Tiflis və İran istiqamətində. Ancaq bunun yerinə uzaqlara – Latın Amerikası ölkəsinə səfər edir. Guya o bununla kimlərəsə zəmanət vermək istəyir ki, bir müddət Qafqazda görünməyəcək.
Belə düşünmək mümkündür ki, Moskvada ona "kənara çəkil" məsləhətini görüblər və Sarkisyan da çəkilib kənara. Bu mövqedən kifayət qədər xarakterikdir ki, məsələn, 2008-ci ildə də bənzər hadisə baş verdiyi zaman (rus-gürcü müharibəsi-red.) Sarkisyan uzaqda idi – dumanlı Pekində Olimpiada izləyirdi. Ermənistanda isə qida məhsulları böhranı yaşanırdı. Buun səbəbi isə Rusiya-Gürcüstan yolunun bağlaması idi.
Müharibədən sonra isə Sarkisyan yenidən səhnədə göründü. Bu dəfə Güllə (Türkiyənin sabiq prezidenti-red.) İrəvanın "Razdan" stadionunda. Xoşbəxtlikdən indi müharibə getmir, sadəcə səkkiz il əvvəlki və üç ay öncəki aprel müharibəsi ilə bağlı analizlər aparılır.
Lakin Serj Sarkisyan yenə də uzaqlardadır, yaxud Serj Sarkisyan yenidən uzaqdadır? Necə? Hansı işlə bağlı? Avqustdan sonra o növbəti kimlə səhnəyə çıxacaq?
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB