"Müsavat Partiyasına hazırda rəhbərlik edən Arif Hacılının yürütdüyü siyasətlə razılaşmadığım üçün partiyadan istefa verməyə məcbur oldum". Bunu SİA-ya Müsavat Partiyası Yasamal rayon təşkilatı sədrinin ictimai əlaqələr üzrə müavini, Şura üzvü Mahir İsmayılov partiyadan istefa verməsi ilə bağlı açıqlamasında bildirib.
M.İsmayılov istefasını Müsavat rəhbərliyinin qeyri-legitim olmasıyla izah edib və bununla bağlı bəyanat yayıb: "Müsavat Partiyasının 8-ci qurultayına qədər aktiv siyasi fəaliyyətlə məşğul olmuşam, partiyanın bütün tapşırıqlarını yerinə yetirmişəm. Partiyanın yeni seçilmiş başqanı Arif Hacılının ətrafına bir qrup siyasətdən bixəbər adamları cəmləməsi, kifayət qədər tanınmış və siyasi çəkisi olan insanları - Qubad İbadoğlunu, Vurğun Əyyubu, Hikmət Hacızadəni, Ellada Məmmədlini, Adil Qeybullanı bu kimi şəxsləri partiyadan uzaqlaşdıraraq dərnək səviyyəli bir təşkilat formalaşdırması partiyanın gələcəyi ilə bağlı bütün ümidlərimi alt-üst etdi. Artıq bu cür siyasi oyunbazların yanında qalmaq onların dəyirmanına su tökmək anlamına gəldiyi üçün partiya sıralarından istefa verirəm. Bundan sonrakı siyasətimi isə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sıralarında davam etdirəcəyəm".
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB