Şərqşünas, tarix elmələri namizədi, dosent Qor Gevorqyanın fikrincə, regionda cərəyan edən dinamik hadisələr, xüsusilə Rusiya-Türkiyə, Rusiya-Azərbaycan arasında fəallaşma, eləcə də İranın bu faktordakı rolu Ermənistana, o cümlədən, "dqr"in təhlükəsizliyinə mənfi təsirlərini göstərəcək. SİA xəbər verir ki, erməni şərqşünas bu barədə 1in.am saytına açıqlamasında bildirib.
Gevorgyan deyib ki, Türkiyə diplomatik cəhətdən kifayət qədər zəngin dövlətdir: "Biz anlamalıyıq ki, qarşımızda diplomatik cəhətdən güclü Türkiyə dövləti dayanıb. Lakin Türkiyə ilə Rusiya arasında əlaqələrin yaxşılaşması belə deməyə əsas vermir ki, bu ölkələr həmin əlaqələri daha yüksək ranqa doğru yüksəldəcəklər".
Erməni şərqşünas özünə və erməni xalqına təskinllik verərək deyir ki, Vladimir Putin kimi, Türkiyə lideri Ərdoğan da kifayət qədər ammbisioz, məqsədinə çatan və ekspansionist siyasətə meyllidir və bununla yanaşı, onların arasında Suriya böhranı məsələsində fikir haçalığı mövcuddur: "Lakin Türkiyədə baç verənlər belə bir nəticəyə gəlib-çıxdı ki, Ərdoğan Rusiyaya qarşı addım atmağa məcbur oldu. Ərdoğanın Türkiyədə müəyyən etmək istədiyi dəyərlər Qərb tərəfindən qəbul edilmir və onun milli azlıqlara qarşı yürütdüyü sərt siyasət özü haqqında şəxsiyyətə pərəstiş obrazını yaradır. Bunlar Qərb ölkələri tərəfindən birmənalı olaraq qəbul edilə bilməz. Yalnız belə bir vəziyyət iqtisadi dalana dirənmiş Rusiyaya sərf edir".
"Əgər biz ənənəvi maraqlardan danışırıqsa, bu zaman Cənubi Qafqaz faktorunu da unutmamalıyıq ki, burada xüsusi inkişaf Rusiya-Azərbaycan arasında gedir"-deyə bildirən Qor Gevorqyanın fikrincə, Qarabağ və Ermənistan məsələsində təhlükəsizlik dinamikası pozulacaq: "Belə ki, biz iki güclü dövlətlə – Türkiyə və İranla qonşuyuq. Rusiya isə bu məsələdə həmin dövlətlər arasında balanslaşdırıcı rol oynayır. Lakin indidən Türkiyə, İran və Rusiya dövlətləri arasında ittifaq barədə düşünmək də tezdir. Biz Türkiyə-İran arasndakı ziddiyyətləri də unutmamalıyıq. Belə vəziyyətdə Rusiya Yaxın Şərqdə və Mərkəzi Asiyada öz mövqelərini gücləndirməyə çalışır".
"Azərbaycana gəlincə, bu ölkə ilk növbədə nəhəng iqtisadi-maliyyə imkanlarına malikdir"-deyə bildirən erməni şərqşünas alim onu da bildirib ki, neftdn əldə edilən gəlirlər Ermənistandan fərqli olaraq, bu ölkəyə daha fəal addımlar atmağa imkan yaradır: "2018-ci ilə qədər Türkiyə Azərbaycana 20 milyard dollar sərmayə yatıracaq, bu nəhəng potensialdır".
Qor Gevorqyan Rusiya ilə bağlı bildirib ki, iqtisadi baxımdan, bu Rusiyaya lazımdır. Belə ki, Rusiyaya öz silahlarını satmaq lazımdır: "Ermənistan isə bu plan əsasında vəziyyəti öz xeyrinə dəyişməsi üçün prinsipial siyasət yürütməlidir. Bütün strateji məsələlərdə biz iqtisadi maraqları axtarmalıyıq. Öz imkanlarımızı həddindən artıq qiymətləndirmək, yaxud da həddindən artıq qiymətdən salmamaq şərti ilə düzgün oyun oynamağı bacarmalıyıq. Ermənistan hazırda dalana dirənmiş vəziyyətdədir. Bizim özümüz sadə suala cavab verməliyik: biz nə istəyirik və nəyə hazırıq? Yeni imkanlar ətrafında manevrlər etməliyik, yoxsa daha yenilərini axtarmalıyıq? Biz müeəyyən olunmuş addımllar atmalıyıq, xüsusilə İranla konstruktiv əlaqələr qurmalıyıq. İlk öncə biz dördgünlük müharibənin ağır nəticələrini aradan qaldırmaqla yanaşı bütün baş verənlərdən dərs almalıyıq. Dünyaya sübut etməliyik ki, bizdə başqa variant qalmayıb, vəssəlam. Bu. Bizim sonuncu şansımızdır. Belə olan təqdirdə bizə hörmət edəcəklər, əks halda bu cür də davam edəcək".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB