Niyaməddin Orduxanlı: “Əli Kərimli Gülənlə də əməkdaşıq edir” MÜNASİBƏT
"Əli Kərimli elə bir insandır ki, öz şəxsi maraqları naminə istənilən şəxslə açıq və ya gizli şəkildə əməkdaşlıq edə bilər". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin nurçuların lideri Fətullah Gülənlə və ounn FETÖ adlı təşkilatı ilə əməkdaşlığı barədə irəli sürülən iddialara münasibətini bildirərkən deyib.
Niyaməddin Orduxanlı son illərdə onun apardığı siyasətə nəzər salmağı təklif edib: "2013-cü ilə qədər özünü "qərpərəst" siyasətçi kimi cəmiyyətə təqdim edirdi. Azərbaycanda 2013-cü il prezident seçkilərində Rüstəm İbrahimbəyovun yanında durub hətta ölkənin beynəlxalq siyasətinin dəyişdirilməsi ilə bağlı referndum keçiriləcəyini, yəni sadə dillə desək, Rusiyayönümlü siyasət aparmağa razı olduğunu bəyan edirdi. Bilirsiniz ki, Rüstəm İbrahimbəyov birbaşa Rusiyanın ələ alınmış adamıdır və həmin ərəfələrdə məhz Rusiyanın tapşırıqlarını yerinə yetiridi. "Milli Şura"nı da birbaşa Rusiya yaratmışdı. Əli Kərimli də baş rolda oyanyanlardan biri idi ki, yaxın zamanlarda bunlar hakmiyyətə gələcəklərini düşünürdülər".
"Lakin sonralar Əli Kərimli gördü ki, 75 yaşı olan və siyasətdən kənar olan İbrahimbəyov onun özünü və adamlarını sadəcə oynadır, istifadə edir"-deyə qeyd edən BAXCP rəsmisi bildirib ki, məhz bu oyunlardan sonra Kərimli yenidən qayıdıb "qərpərəst" siyasətçi oldu: "Ona görə də qeyd edirəm ki, Əli Kərimli Gülənlə də və başqa şəxslərlə də əməkdaşıq edir".
Türkiyədə dövlət çevrilişinə cəhddən sonra fətullahçıların nəzarəti altından olan tv-lərin, agentliklərin bağlanması fonunda Əli Kərimlinin təbliğat vasitəsi olan "Azərbaycanə saatı"nın yayımalndığı "Barış" TV-nin də bağlanmasına, burada da Əli Kərimlinin rolunun olmasına, o cümlədən, AXCP sədrinin hazırki Türkiyə hakimiyyətinə qarşı ittihamlar irəli sürməsinə münasibət bildirən niyaməddin Orduxanlı deyib ki, heç də uzağa getməyərək, Əli Kərimlinin 15 iyul gecəsi veridiyi bəyanatlarına baxmaq kifayət edər: "Bu gün Əli Kərimli 15 iyulda Türkiyədə baş verən hadisələrlə bağlı veridyi bəyanatların tam əksini deyir. Neçə deyərlər elə düşünür ki, insanlar 20 günə bunun verdiyi bəyanatları unudacaqlar. Bir-birinə zidd bəyantlardır. Həmin Əli Kərimlidir ki, Türkiyədə baş verən hadisə günü höküməti dəstəklədi və baş vermiş hadisənin çevriliş olduğunu bəyan etdi. Bu gün isə tam əksini deyir. Ona görə ki, tamamilə doğru düşünürsünüz ki, Türkiyə höküməti Fətullah Gülənə yaxın mətbuat və media orqanları bağlanır. Əli Kərimlini də təbliğ edən televiziya bu səbəbdən bağlanır. Ona görə də, Əli Kərimli Türkiyə hakmiyyətinə qarşı sərt danışmağa başlayıb. Bütün ömür boyu bu adamı düşündürən öz maraqları olub".
BAXCP rəsmisi istisna etmir ki, Əli Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ-da senatorlarla görüşlərini məhz ABŞ-da gizlənən Fətullah Gülənin təşkil edir: "Əli Kərimlinin oğlu Türkel Kərimli mətbuata müsahibəsində deyir ki, ABŞ-a səfəri zamanı həm dövlət orqanları, həm də nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri ilə çoxsaylı görüşləri oldu. O, Dövlət Departamentində, Cənubi və Mərkəzi Avropa üzrə müavin Robert Berşinski və Dövlət Departamentinin digər əməkdaşları ilə, eləcə də Departamentinin Demokratiya və İnsan Haqları bürosunda, eləcə də Senatda və həmçinin ABŞ Konqresi Helsinki Komissiyasında, Konqresdə Nümayəndələr Palatasının üzvləri görüşlər keçirdiyini bildirir. Belə vəziyyətdə bir neçə sula çıxır. Bu gəncin danışdığı başdan ayağa absurddur. 23 yaşlı bir gənclə, o gənc ki, uzun illərdir Azərbaycanda yaşamır, bilirsiniz ki, bu uşaq İngiltərədə ən bahalı unversitetdə oxuyub, 5 ildən artıqdır ki, İntiltərədə yaşayır. Belə bir tələbə ilə adını çəkdiyim konqresmenlər, senatorlar və s. şəxslər hansı ciddi söhbəti apara bilər?! Nəyi müzakirə edə bilər?! Onunla Azərbaycanda demokratik vəziyyətin və insan hüquqlarının müzakirəsinin aparması gülünc deyilmi?! Əlbttə mən qətiyyən inanmıram ki, o cür nüfuzlu insanlar bu uşağın dediyi kimi, onunla Azərbaycanın indiki durumunu müzakirə ediblər. Sadəcə əsil həqiqət odur ki, Əli Kərimli öz çirkin siyasətinə 23 yaşlı oğlunu da bulaşdırdı! Yəni söhbət ondan gedir ki, Əli Kərimli özünün təşəbbüsü ilə oğlunu departamentə göndərib. Bilirsiniz ki, artıq Azərbaycanda referndum keçirilməsi gözlənilir. Belə bir vəziyyətdə Əli Kərimli ABŞ-a oğlu vasitəsi ilə müxtəlif "mesajlar" göndərib. Azəraycanla bağlı, hakmiyyətin əleyhinə istənilən addımı atmağa hazır olmasını Departamentə çatdırmaq arzusunu ifadə edib. Türkel Kərimlinin səfərinin əsas məqsədi budur. Digər tərəfdən, siz Əli Kərimlidən soruşun ki, sən tələbə oğlunu hansı statusla ABŞ-a göndərmisən?! Bu hansı məntiqə sığır?! Əli Kərimlinin oğlu olmaq ona əsas veribmi ki, bir partiyanı təmsil etsin?! Bu, artıq o deməkdir ki, Əli Kərimlinin partiyası bir ailənin partiyasıdır, AXCP bir ailə dərnəyidir!"
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB