Türkiyədə daha 60 FETÖ-çu saxlanılıb

Türkiyədə daha 60 FETÖ-çu saxlanılıb

Türkiyənin Ərzurum şəhərinin Qarayazı rayonunda separatçı terror təşkilatı - PKK-ya qarşı keçirilən əməliyyatda 60 şübhəli saxlanılıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərzurum Respublika Prokurorluğunun icra etdiyi istintaq çərçivəsində bir sıra əməliyyat keçirilib.

Əməliyyatda biri Fətullahçı terror təşkilatı (FETÖ) üzvü 60 nəfər nəzarətə alınıb.

Şübhəlilərin ev və iş yerlərindəki axtarışlarda 10 sənədsiz ov tüfəngi, 152 fişəng, 52 cib telefonu, 5 tablet, bir kompyüter və portativ yaddaş, 32 CD ilə təşkilati sənəd ələ keçirilib.

İstintaq çərçivəsində 14 şübhəlinin da axtarıldığı məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə