Elman Məmmədov: “Erməni xalqı cinayətkarlardan canlarını qurtarmalıdır” AÇIQLAMA
"Hesab edirəm ki, Ermənistandakı son vəziyyət erməni xalqının iradəsindən, rəsmi İrəvanı idarə edən xarici qüvvələrin apardığı siyasətdən asılı olacaq. Əgər erməni xalqı bundan sonra dinc yaşamaq, inkişaf etmək, fəlakətdən uzaqlaşmaq istəyirsə Ermənistandakı hərbi xuntanı çoxdan devirməli, bir növ süpürüb atmalıdır". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, erməni xalqı bu cinayətkarlardan canlarını qurtarmalıdır: "Onların əvəzinə daha düzgün fikirli, ağıllı, düşüncəli, demokratik fikirli, sülhsevər, qonşu dövlətlərlə, millətlərlə normal münasibət qurmaq siyasəti yeridən siyasətçilər hakimiyyətə gəlməlidir. Belə olan halda Ermənistan yaşayacaq. Əks təqdirdə bu proseslər dayanmayacaq və getdikcə daha da dərinləşəcək. Ermənistan dövləti siyasi iflasa uğrayıb və uğrayacaq. Ümumiyyətlə hakimiyyət çevrilişi labüddür. Sarkisyan hakimiyyəti qoruyub saxlamaq üçün təbii ki, cəbhə bölgələrində vəziyyəti gərginləşdirməyə çalışacaq. İndi hər an təmas xəttində Sarkisyan tərəfindən verilmiş komandaya əsasən çox təhlükəli təxribatlar ola bilər. Biz bunu hər an gözləməli və ayıq-sayıq olmalıyıq. Beləcə Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması labüddür. Onun bacarıqsızlığını, cinayətkarlığını artıq Ermənistan ictimaiyyəti çoxdan bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB