Prezident İlham Əliyev əfqanıstanlı həmkarı ilə görüşüb FOTOLAR

Prezident İlham Əliyev əfqanıstanlı həmkarı ilə görüşüb FOTOLAR

İyulun 8-də Varşavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşü olub. SİA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Əfqanıstan arasında iqtisadiyyat, təhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə