"ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün bütün tədbirləri görəcək, bütün alətlərdən istifadə edəcək. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri və mediatorlar vəziyyətin eskalasiyasının qarşısını ala biləcək müəyyən nəticəyə gəlməlidirlər. Bunun üçün bizə konkret təkliflər lazımdır". SİA-nın məlumatına görə, bunu Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işləri naziri Frank-Valter Ştaynmayer azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, münaqişənin konstruktiv həllinə nail olmaq lazımdır: "Məhz bu məsələ ötən gün Yerevana səfərim zamanı müzakirə olunub. İki prezidentin görüşlərinə şadam. Atəşkəs rejiminin möhkəmləndirilməsi üçün mərhələli danışıqlar lazımdır".
Nazir deyib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar davam etdiriləcək: "Hazırda danışıqlar dövrüdür. Qısa müddət ərzində Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşünü təşkil etmək mümkün olub. Təbii ki, iki görüşə nəticəyə nail olmaq mümkün deyil, lakin ümid edirəm ki, onlar davam etdiriləcək. ATƏT-in bir çox ölkələri bu münaqişənin həllinə öz töhfəsini verməyə hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB