Obamadan Ərdoğana: YANINIZDAYIQ

ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığında həmkarını Rusiya və İsraillə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlarına görə təşəkkür edib. "Obama Ərdoğanın və hökumətinin bu həftə ərzində İsraillə münasibətlərin normallaşdırılması və Rusiya ilə gərgin vəziyyəti aradan qaldırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib", - deyə Ağ Evin rəsmi saytında bildirilir.

Obama eyni zamanda bütün amerikalılar adından İstambulun Atatürk Hava Limanında baş verən qanlı terror olayına görə başlaqğlığı verib.

"Bu terror aksiyası mart ayında Brüssel hava limanında baş verən digər terror aksiyası kimi sülhpərvər cəmiyyətə qarşı yönəlib"-deyə amerikalı prezident qeyd edib.

ABŞ lideri Türkiyə hökumətinə araşdırmaların aparılması istiqamətində istənilən köməkliyi edəcəyini vurğulamaqla yanaşı, bu ölkə ilə həmkar və müttəfiq qismində gələcəkdə də terrorla mübarizə aparmaq qərarında olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə