İsrail hərbi-siyasi kabineti TƏSDİQ ETDİ

“Türkiyə ilə münasibətlər normallaşdı”
İsrail hərbi-siyasi kabineti TƏSDİQ ETDİ

Bu gün İsrail hərbi-siyasi kabineti Türkiyə ilə münasibətlərin normallaşdığını təsdiq edən bəyanat yayıb. SİA xəbər veirir ki, bu barədə "The Jerusalem Post" yazır. Bildirilir ki, hərbi-siyasi kabinetdə sözügedən məsələ səsə qoyulub və 7-i lehinə, 3-ü isə əleyhinə olaraq Türkiyə ilə münasibətlərin normallaşması barədə qərarı təsdiqləyib. İsrailin mətbu orqanı qeyd edir ki, Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı çıxan 3 nəfər ölkənin müdafiə naziri Aviqdor Liberman, təhsil naziri Naftali Bennet və ədliyyə naziri Ayelet Şaked olub. Sənədin qəbulunda bildirilir ki, iki ölkə arasında yaranmış münaqişəli vəziyyətin daha normal məcraya yönəldilməsi istiqamətində Türkiyənin səfirinin Tel-Əvivə, İsrail səfirinin isə Ankaraya qayıtmaları tövsiyə olunub.

Xatırladaq ki, dünən İsraillə Türkiyə arasında münasibətlərin normallaşdırılması ilə bağlı sənəd imzalanıb. Sənədə görə, Yaxın Şəqrin iki aparıcı dövləti arasında altı ildir ki, davam edən münaqişəyə son qoyulması barədə razılıq sazişi imzalanıb. Sazişə əsasən, İsrail "Mavi Mərmərə" gəmisində həlak olan insanlara görə 20 milyon dollar təzminat ödəyəcək və rəsmi qaydada Ankaradan üzr istəniləcək.

Həmçnini, Tel-Əviv rəsmi Ankara ilə iqtisadi-ticari və hərbi əməkdaşlığı yenidən bərpa edəcək ki, bunun nəticəsində İsrailin mavi yanacağı Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq. Bununla yəhudi dövləti beynəlxalq əlaqələrini daha da genişləndirməyə imkan qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə