Rusiya-Türkiyə prezidentləri razılığa gəldi

Rusiya-Türkiyə prezidentləri razılığa gəldi

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Türkiyə-Rusiya arasındakı ikitərəfli münasibətlərin normallaşmasının əhəmiyyəti vurğulanıb.

İki ölkənin prezidenti telefon danışığı zamanı ikitərəfli əlaqələri yenidən canlandırmaq üçün lazımlı addımları atmaqla yanaşı, bölgədəki siyasi, iqtisadi və humanitar böhranlara qarşı birgə əməkdaşlıq etmələrinin əhəmiyyətinə toxunublar.

Onlar görüşmək haqqında da razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə