“Ford” markalı minik avtomobili qəzaya uğradı

“Ford” markalı minik avtomobili qəzaya uğradı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda "Ford" markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub. SİA-nın məlumatına görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 08:13-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə