Siyasi şərhçi: "Roma papasından bundan artığını gözləmək düzgün olmaz" AÇIQLAMA
"Roma papası Fransisko Argentinada fəaliyyət göstərdiyi dövrdə oradakı erməni diasporu ilə yaxın əməkdaşlıq edib. Orada da qondarma "soyqrımı" abidəsinin ucaldılmasında fəal iştirak edib və onu dəstəkləyən ən apasrıcı şəxslərdən biri olub. Roma papasından bundan artığını gözləmək düzgün olmaz". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Roma papası faktiki olaraq dini sahədə qondarma "erməni soyqrımı"nın təbliğatını həyata keçirən aparıcı funksioner şəxsdir: "Fransisko Roma papası seçiləndə mən onun bu istiqamətdə çıxış edəcəyini demişdim. Bu baxımdan Roma papasının Ermənistana səfərinə qətiyyən təəccüblənmədim. Onun məqsədi xalqlararası münasibətlərin tənzimlənməsi və normallaşması deyil, əksinə ziddiyyətlərin daha da dərinləşməsidir. Ermənistanda "soyqırımı" sözünün işlədilməsi sübut edir ki, Roma papası Argentinadakı erməni diasporunun qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB