Tural Abbaslı: "Koalisiyadan inqilabi nəticələr gözləmək doğru deyil" AÇIQLAMA

Tural Abbaslı: "Koalisiyadan inqilabi nəticələr gözləmək doğru deyil" AÇIQLAMA

"Kimlərsə bu məsələdə fərqli yanaşma edirlərsə, bu onların öz işləri, öz çıxardıqları qənaətləridir. Lakin mən həmin fikirlərlə razı deyiləm". Sözügedən açıqlamanı SİA-ya "Ağ Blok"un həmtəsisçisi, hazırda Antiböhran Koalisiyasında təmsil olunan Tural Abbaslı ADP və Azadlıq Partiyası rəhbərliklərinin qurumu tərk edəcəkləri ilə bağlı mediada səsləndirdikləri fikirlərə münasibətini bildirərkən deyib. Abbaslının fikrincə, koalisiya yarandığı müddətdə bir neçə tədbir keçirib, lakin ictimai maraq cəlb etməyib: "Lakin buna baxmayaraq, biz fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Ona görə də bəzi fikirlərlə razı deyiləm. Bəli, bu gün cəmiyyətdə siyasətə olan maraq azalıb. Bu baxımdan, Antiböhran Koalisiyasından da inqilabi nəticələr gözləmək lazım deyil".

"Ağ Blok"un həmtəsisçisi eyni zamanda deyib ki, o Azadlıq Partiyası rəhbərliyinin AXCP və Müsavatın Antiböhran Koalisiyasının işinə qarşı antitəbliğat işləri aparması fikirləri ilə qismən razıdır: "Ənənəvi müxalifət düşərgədə yeni güc mərkəzinin yaranmasını istəmir, bu baxımdan, bəzi iddialarla razılaşmaq olar".

Tural Abbaslı koalisiyada növbəti iclasın keçiriləcəyini bildirərək deyib ki, həmin iclasda ADP və Azadlıq partiyalarının fikirləri bir daha nəzərə alınacaq və yekun nəticə ondan sonra veriləcək.

Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlu və Azadlıq Partiyasının rəhbərliyi Antiböhran Koalisiyasının qarşıya qoydulan vəzifələrin ödəsindən gələ bilmədiyini deyərək, bilriyin sıralarından çıxdıqlarını bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə