Azərbaycan Prezidenti: "Qarşımızda duran əsas vəzifə Cənub Qaz Dəhlizi ilə bağlıdır"
"Bu gün Cənub Qaz Dəhlizinin icrası qrafiklə gedir. Bu gün qarşımızda duran əsas vəzifə Cənub Qaz Dəhlizi ilə bağlıdır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin açılışında çıxışı zamanı deyib.
Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyi layihəsi olduğunu deyən ölkə başçısı bildirib ki, Azərbaycanın enerji faktorunda əsas hədəfi əməkdaşlığı dərinləşdirməkdən ibarətdir: "Azərbaycan resurslarından başqa məqsədlər üçün istifadə etməyib. Biz əməkdaşlığı genişləndirmək, sabitlik, ölkəmizin qüdrətini artırmaq istəmişik. Buna görə də Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında müzakirə olunan məsələlərdə heç bir fikir ayrılığı yoxdur. Bütün tərəflərin maraqları təmin olunur. İstədiyimizə maraqların uzlaşması şəraitində nail ola bilərik. Əməkdaşlıq etdiyimiz ölkələrin hər biri öz maraqlarını güdsəydi, o zaman uğurlara nail ola bilməzdik. Enerji şantaj, imtiyaz üçün istifadə edilməməlidir. Azərbaycanın bu sahədə mövqeyi dünyada rəqabət qazanıb. Biz istəyirik ki, Azərbaycanda inkişaf daha da sürətlə getsin, bölgədə sabitlik möhkəmlənsin".
Prezident İlham Əliyev bildirib ki, dünyada yaranan yeni müharibələr, qarşıdurmalar Azərbaycanı da narahat edir: "Biz, arzu edilən mənzərə deyil, bölgəmizdə sabitlik olmasını istəyirik. Bölgə yalnız sabitlik şəraitində inkşaf edə bilər. Azərbaycan nümunəsi digər ölkələr üçün maraqlı ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB