Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenini qəbul edib. SİA-nın xəbərinə görə, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin Prezident İlham Əliyevə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırıb və təşkil olunmuş rəsmi qəbulda iştirak etdiyini vurğulayaraq dövlətimizin başçısının tədbirdə söylədiyi nitqin əhəmiyyətini qeyd edib. O, tədbir iştirakçılarının Prezident İlham Əliyevın nitqini böyük maraqla izlədiklərini dedi. Kristian Viqenin Prezident İlham Əliyevin atdığı addımların Azərbaycanın beynəlxalq arenada böyük nüfuz qazanmasına xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələlərindən danışıb.

Söhbət zamanı Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq əlaqələri müzakirə edildi, bu əməkdaşlığın hazırkı vəziyyətinin məmnunluq doğurduğu bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, son danışıqlar prosesi və münaqişənin həllinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə