Fəzail Ağamalı: “Prezidentin çıxışı qətnamələrin icrası üçün son çağırış idi” AÇIQLAMA
"Azərbaycan Prezidentinin Türkiyədə keçirilən sammitdə çıxışı Azərbaycan üçün böyük əhəmiyyətə malikdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, dövlət başçısının sözügedən çıxışı Ermənistanın ölkəmizə təcavüzü və onun doğurduğu ağır nəticələrdən bəhs edirdi: "Prezident İlham Əliyev İstanbulda keçirilən və BMT-nin katibinin və dünyanın demək olar ki, aparıcı dövlətlərinin iştirak etdiyi mühüm toplantıda Azərbaycan həqiqətlərini önə çəkərək, Ermənistanın təcavüzkarlığını diqqətə çatdıraraq, konkret faktlar ortaya qoydu.
Ölkə başçısının bu çıxışları kifayət qədər arqumentli, patoloji bazaya söykənən bir yanaşma idi. Dövlət başçısının nitqinin konkret nəticəsi ondan ibarət idi ki, əgər BMT-nin Təhlükəsizlik Şurası, dünyanın aparıcı dövlətləri, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistanı cilovlamasa və təcavüzkarlığa son qoymağa məcbur etməsə, o zaman bütün məsuliyyət məhz beynəlxalq təşkilatların üzərinə düşəcək".
F. Ağamalı qeyd edib ki, ölkə rəhbərinin sammitdəki çıxışı haqlı olaraq ədalətə və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə söykənir: "Bu, BMT tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirilməsi ilə əlaqədar son çağırış idi. Bundan başqa, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər bütün dünya üçün ciddi mesaj idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB