Erməni polkovnik: "Hələ də hadisənin şokundayam"

Erməni polkovnik: "Hələ də hadisənin şokundayam"

Aprel döyüşlərində Azərbaycanın istifadə etdiyi dron-kamikadzenin partlayışı nəticəsində ağır yaralanan erməni polkovnik Gevorg Azoyan hələ də hadisənin şokundadır. SİA erməni mətbuatına istinadən xəbər verir ki, döyüş yerinə könüllülərlə birgə yollanan işğalçı ordunun hərbçisi pilotsuz təyyarənin sadəcə olaraq fotolar çəkdiyini düşünüblər.

İşğalçılara Talış kəndində hücum edən dron-kamikadzenin partlaşıyı nəticəsində 9 nəfər məhv edilib. "Biz düşünürdük ki, bu sadəcə foto çəkən adi pilotsuz təyyarədir. Elə buna görə də onun düşüb partlaması və ardınca baş verən yanğın bir çoxları üçün gözlənilməz oldu. Bir neçə nəfər yerində həlak oldu. Digərləri xəstəxanaya aparılarkən dünyalarını dəyişdilər", - G.Azoyan deyib.

Qeyd edək ki, söhbət İsrail istehsalı olan və döyüş şəraitində ilk dəfə Azərbaycan ordusu tərəfindən istifadə edilən el arasında dron-kamikadze adlandırılarn pilotsuz təyyarə "Harop"-dan gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə