Maltanın XİN rəhbəri: “Silahlar susmalıdır, atəş çıxış yolu deyil”
"Avropa İttifaqı və ATƏT-ə üzv dövlətlərlə birgə Dağlıq Qarabağ cəbhəsində baş verənlərdən narahatıq. Biz münaqişənin davamlı sülh yolu ilə həllini dəstəkləyirik. Münaqişə danışıqlar yolu ilə həll edilməlidir". SİA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Maltanın xarici işlər naziri Corc Vella Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tərəflər arasında etimadı gücləndirən tədbirlərə üstünlük verilməlidir: "Silahlar susmalıdır. Atəş çıxış yolu deyil. Malta eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB